Bu maşınlara maraq durmadan artır –   Bəs keyfiyyəti necədir?

saytların hazırlanması

Evə çatdırılma

Bu maşınlara maraq durmadan artır – Bəs keyfiyyəti necədir?

Avto

15 Avqust 2024 12:30 8481


Son vaxtlar Azərbaycanın nəqliyyat sektorunda yerli istehsal avtomobillərə maraq artıb. Söhbət Naxçıvan, Hacıqabul və Neftçalada yerləşən zavodlarda yığılan bir sıra məşhur markaların nəqliyyat vasitələrindən gedir. 

Hazırda bir çox dövlət qurumları və taksi şirkətləri məhz yerli istehsal olan avtomobillərdən istifadə edir. Yaxın gələcəkdə bu maşınların xaricə intensiv ixracı da gündəmdədir. Bəs görəsən, yerli yığımlar yüksək standartlara cavab verirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, ölkəmizdəki zavodlarda edilən avtomobil yığımları olduqca yüksək səviyyədədir: Marqarita pizza

“Əvvəla qeyd edim ki, bizdə sıfırdan istehsal deyil və yığımdır. Yığım isə öz növbəsində olduqca yüksək səviyyədədir. İstər Naxçıvan, istərsə də Gəncə zavodunda, Neftçala və Hacıqabul sənaye zonalarında yığılan maşınlar olduqca keyfiyyətlidir. Hazırda Naxçıvanda 2 ayrı markanın yığımları baş verir, AZƏRMAŞ-a məxsus Hacıqabul və Neftçala zavodlarında isə “Chevrolet” və “Khazar” markaları yığılır. Mətbuatdan da məlum olduğu kimi, yaxın gələcəkdə Rusiyanın dünyaca məşhur “Lada” markası da həmin ərazidə yığıma başlayacaq. Ümumilikdə hər şey yüksək səviyyədədir”. 

Eyyub Əliyev yaxın gələcəkdə bəzi tanınmış markaların modellərinin də istehsal ediləcəyini qeyd edib:

“Ölkəmizdə son illər digər sahələrdə olduğu kimi, avtomobil sahəsində də dinamik inkişaf var. Düzdü, sıfırdan yığım deyil, amma dərəcəsinə görə ciddi yığımdır. Markaların digər yığımlarından heç də fərqlənmir. Bir sıra dövlət qurumları da yerli istehsal avtomobillərə üstünlük verir. Yaxın gələcəkdə elektrik avtobuslarının Azərbaycanda yığım prosesi gözlənilir. Bununla bağlı bir sıra məlumatlar çıxmışdı. Yəqin ki, ölkədəki tələbata uyğun avtomobillərin yığımı olacaq. Amma öncədən hansı maşının yığılması ilə bağlı öncədən konkret proqnoz vermək düzgün çıxmaz”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!