Yaponiyada "Donut Robotics" adlı texnologiya şirkəti Yapon dilindən 8 dilə tərcümə edən mikrofonlu maska hazırlayıb.
Yenisabah.az xəbər verir ki, maska eyni zamanda taxan şəxsin səsini yüksəldir və sosial məsafənin qorunmasına kömək edir.
Bildirək ki, maska "bluetooth" köməyi ilə mobil telefona və ya planşetə qoşulur, taxan şəxsin dediklərini mətnə çevirir və səsləndirir. Şirkətin direktoru Taisuk Ono maskaya "C-mask" adını verib. Sezar pizza
Qeyd edək ki, maska sentyabr ayında 40 dollardan satışa çıxarılacaq.
Telegram kanalımız