Bu məntiqin inkişafı qaçılmaz müharibə deməkdir - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Bu məntiqin inkişafı qaçılmaz müharibə deməkdir - Paşinyan

Dünya

15 Aprel 2026 16:33 280


“Üçbaşlı müharibə partiyası”nın (Koçaryan–Karapetyan–Sarukyan – red.) nümayəndələri bir-biri ilə yarışaraq, sülh şərtlərinə yenidən baxılmasından danışır və guya onu daha yaxşı etmək istədiklərini bildirirlər.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O bildirib: “Bu gün şərtlərin yenidən baxılmasını tələb edən qüvvələr Qarabağ və ətraf rayonları əhatə edən xəritələr və onu simvolizə edən bayraqlarla çıxış edirlər. Bu məntiqin inkişafı qaçılmaz müharibə deməkdir. Dördpendirli pizza

Digər qüvvələr də eyni simvollar və şüarlar altında çıxış edərək bildirirlər ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazisi ilə məhdudlaşmamalıdır. Bu məntiqin inkişafı da qaçılmaz şəkildə müharibəyə gətirib çıxaracaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!