“Əgər növbəti mərhələdə yenidən bu evlərin yandırılması məsələsi olacaqsa, bunun məsuliyyəti təkcə Ermənistanla separatçı rejimin yox, eləcə də Rusiya tərəfinin üzərinə düşməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov deyib.
O, ermənilərin Laçın və Zabuxdan köçmələri ərəfəsində evlərə və meşə massivlərinə od vurması, habelə ekoloji fəlakət törətməsi faktına münasibət bildirib: Dördpendirli pizza
“Bu məsələ ilk olaraq gündəmə gələndə mən bir neçə mətbuat orqanına partiyamızın rəsmi mövqeyini bildirmişdim. Həmin andan etibarən müvafiq olaraq Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə və danışıqlarda vasitəçilik edən tərəflərə deyilməliydi ki, Azərbaycan artıq 1 dəfə bu məsələ ilə üzləşib. Bildiyiniz kimi, Kəlbəcərin boşaldılması ilə bağlı 10 gün vaxt verdiyimiz zaman həmin o evlərin yandırılması, bundan əlavə, həyətyanı sahələrə, evlərə minaların yerləşdirilməsinin şahidi olduq. Ona görə də sülhməramlıların qarşısında konkret məsələ qoyulmalıydı ki, üçtərəfli bəyanatın tətərflərindən biri, vasitəçilik edən və eyni zamanda regionda sülhün və sabitliyin qarantı rolunda çıxış etmək iddiasında olan Rusiya tərəfi birbaşa nəzarət etmsin bu prosesə. Onlar qarantor rolunda çıxış etməliydilər ki, hər hansı bir vandallıq aktı olmasın. Azərbaycan hökuməti bunu zamanında etdimi-etmədimi, bilmirəm, amma görünən odur ki, erməni tərəfi yenə də öz xəstə xislətindən əl çəkmir”.
“Düşünürəm ki, artıq gözləməli heç nə yoxdur. 25-nə qədər gözləsək, biz daha çox bu cür yanğınların və dağıntıların şahidi olacağıq. Ona görə də nə qədər ki, gec deyil bu məsələ Rusiya tərəfinin qarşısında qaldırılmalıdır ki, birbaşa nəzarət etsinlər. Əgər növbəti mərhələdə yenidən bu evlərin yandırılması məsələsi olacaqsa, bunun məsuliyyəti təkcə Ermənistanla separatçı rejimin yox, eləcə də Rusiya tərəfinin üzərinə düşməlidir”, - deyə AMİP funksioneri yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız