“Bu məsələləri Putin həll edir” - Vardanyanın Qarabağdan qaçışının sirri

saytların hazırlanması

Evə çatdırılma

“Bu məsələləri Putin həll edir” - Vardanyanın Qarabağdan qaçışının sirri

Siyasət

08 Fevral 2023 12:26 2010


“Sülhməramlı adlanan rus hərbi kontingentinin rəhbərliyindən soruşmaq lazımdır ki, əgər sizin əməliniz düzdürsə və misisyanıza uyğun hərəkət edirsinizsə, onda vaxtaşırı bu cinayətkarlar – gah Araik Arutyunyan, indi də Ruben Vardanyan və digərləri həmin aksiyaçıların yanından axı necə keçirlər? Demək, siz bu işlərlə öz murdar əməllərinizdən hələ də əl çəkmirsiniz. Kimi istəyirsiniz aparırsınız, yaxud gətirirsiniz”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. 

Millət vəkili qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın gizlincə Moskvaya qaçmasınının detallarını şərh edib:  Toyuqlu pizza

“O ki qaldı Vardanyanın qayıdıb-qayıtmayacağı məsələsinə, bunu Vardanyan həll etmir. Əksinə, bunu Rusiyanın Moskvadakı hərbi-siyasi rəhbərliyi, daha dəqiq desək, Vladimir Putin və onun komandası həll edir. Vardanyan oraya öz xoşuyla gəlməmişdi ki... Guya Vardanyan vətəpərvər idi, Qarabağdakı ermənilərə canı yanırdı və oraya gəldi. Qətiyyən belə deyil. Vardanyan Rusiyada oturub cinayət yoluyla qazandığı milyardlarını xərcləyib rahat həyat keçirirdi. Bundan sonra Vardanyanı məcburən göndərdilər ki, ya gedəcəksən, ya da ki, buradakı milyardlarının da, sənin də başın ağrıyacaq. Ona görə də bizim dediklərimizi edəcəksən”. 

E.Məmmədov xatırladıb ki, Vardanyandan qabaq Arutyunyan Moskvaya getmişdi: 

“O getdi-gəldi və ona nə tapşırıq verdilərsə, nə dedilərsə, indi də Vardanyanı çağırıblar. Yəni bunlar müəmmalı məsələlərdir. İndi buna nə tapşırıq verəcəklər, yenidən göndərəcəklər, ya yox, bunu Moskva həll edir, nəinki Vardanyan və Paşinyan. 

Lakin mənə elə gəlir ki, o, elə canını götürüb ordan qaçıb. Bəlkə də birdəfəlik gedib. Çünki separatçı rejimdəki müəyyən dairələr ilə onun arasındakı çəkişmə getdikcə şiddətlənir. Ona görə ki, Vardanyan qarabağlı deyil və bu məsələlərə sonradan qarışmış bir adamdır. Üstəlik, orada Vardanyandan da daha güclü adamlar var. Bu adam sadəcə puluna görə güclüdür, bir də Moskva onu müdafiə edir. Ancaq tərəfdaşlar məsələsi gələndə burada yerli Qarabağ separatçıları daha güclüdür”. 

“Rusiya kimi sçeəcək” sualına isə o, belə cavab verib: 

“Rusiyanın kimi seçməyinə gəldikdə isə Arutyunyanın özü Nikol Paşinyanın komandasında olan bir adamdır. Buna baxmayaraq, Moskva heç Paşinyanın özünü qəbul etmir. Hətta Moskvanın bu gün gücü çatsa, Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb onlara daha çox sərf edən bir nəfər ermənini orada oturdar. Paşinyanın mövqeyi isə məlumdur: o, Soros məktəbini keçmiş, Qərbə xidmət edən, onların tapşırıqlarını yerinə yetirən və Ermənistanı tədricən yavaş-yavaş Qərbə tərəf yönəltməyə çalışan bir siyasi rəhbərdir. 

Bu gün vəziyyət belədir. Ancaq bilmək olmaz, ola bilər ki, Arutyunyanı Moskvanın özü təyin edib Xankəndidə oturdub və indi Vardanyanla Arutyunyan arasında seçim gedir. Baxacaqlar ki, Moskvanın verdiyi tapşırıqları Arutyunyan yaxşı yerinə yetirir, yoxsa Vardanyan? Hansı daha sərfəli və Qarabağdakı ermənilər arasında daha güclü nüfuza malikdirsə, onların tapşırıqlarına hansı daha çox canla-başla yerinə yetirirsə, təbii ki, Moskva o adamı Qarabağda saxlayacaq”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!