Bu millət vəkilləri 5 dil bilir

saytların hazırlanması

Evə çatdırılma

Bu millət vəkilləri 5 dil bilir

Sosial

06 Fevral 2026 21:11 2409


Azərbaycanda parlament üzvlərinin dil bilgisi həmişə maraq doğurub. Deputatların hamısı ən azı bir xarici dildə sərbəst danışa bilirlər.

"Yeni Sabah" xəbər verir ki, Milli Məclisin saytında vəkillərin böyük əksəriyyətinin rus və ingilis dillərini bildiyinə dair məlumatlar yer alıb. Ərəb, fars, alman, ivrit dilini bilən deputatlar da var.

Araşdırma zamanı məlum olub ki, Milli Məclisin iki üzvü - Rafael Hüseynov və Razi Nurullayev doğma Azərbaycan dili də daxil olmaqla 5 dildə sərbəst danışa və yaza bilirlər. Dördpendirli pizza

Qeyd edək ki, 74 yaşlı Rafael Hüseynov filologiya elmləri doktoru, professordur. O, Azərbaycan, rus, ingilis, fars və tacik dillərində sərbəst danışır və yazır.

Fotoda: Rafael Hüseynov

Milli Məclisin 5 dil bilən digər üzvü isə Razi Nurullayevdir. Millət vəkili ana dili ilə yanaşı, rus, ingilis, fransız və alman dillərini də yüksək səviyyədə bilir.

Fotoda: Razi Nurullayev

Səməd Seyidov, Kamal Cəfərov, Elşən Musayev və Bəhruz Məhərrəmov isə ana dilimiz daxil olmaqla 4 dil bilirlər.//Metbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!