“Bir müddət əvvəl Ermənistanın iki “PKK” terrorçusunun Türkiyəyə qaytarılmasını Ərdoğan-Paşinyan görüşünün baş tutacağına bir işarət kimi dəyərləndirmişdik. Nəhayət, görüş baş tutdu. Hələki rəsmi açıqlamalar olmasa da, bu görüşü Türkiyə-Ermənistan münasibətləri çərçivəsində də dəyərləndirmək olar”.
Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı söyləyib.
“Bu günədək iki ölkə nümayəndələrinin görüşlərinin ardı kimi burada bəzi məsələlərlə bağlı fikir mübadiləsi ola, müəyyən addımlar atıla bilər. Amma konkret olaraq Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələlərin həllinə təkan verəcəyini hələlik düşünmürəm. Bu mövzuda konkret bir gözləntim də yoxdur. Bununla belə, hesab etmək olar ki, Ərdoğan-Əliyev-Paşinyan görüşü Azərbaycan-Ermənistan arasındakı son qanlı gərginlikdən sonra Rusiyanın dağıtmağa cəhd etdiyi və Ermənistanla sülh sazişinin yaxınlaşmasına aparan Brüssel prosesinin davamlı olacağına ümidlər yaradır. Hələlik gözləntim bundan ibarətdir” -deyə açıqlamasının davamında politoloq bildirib. Dördpendirli pizza
Telegram kanalımız