Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç Xerson şəhəri uğrunda döyüşlərin başladığını, Ukrayna hərbçilərinin Xerson istiqamətində işğalçıların birinci müdafiə xəttini yardıqlarını, eyni zamanda ölkənin cənubunda bir neçə istiqamətdə hücuma keçdiklərini elan edib.
Ukraynanın əks-hücumu müharibənin teleyində nə kimi dəyişiklik edə bilər?
Yenisabah.az-a açıqlamasında politoloq Tural İsmayılov “Rusiya-Ukrayna müharibəsində hansısa inqilabi dəyişikliyin baş verəcəyinə inanmıram” deyib: Dominos pizza
“Müharibə başladığı ilk günlərdən də verdiyimiz ilk şərhlərdə müharibənin uzun illər davam edəcəyini proqnozlaşdırırdıq. Ukraynaya həm maddi, həm hərbi, həm müdafiə sənayesi baxımından Qərb ölkələrinin ciddi şəkildə dəstəkləri var. Ancaq bunlar belə müharibənin gələcək taleyində böyük bir dəyişikliklərə səbəb olmayacaq.
Hazırda yay aylarının sonuna doğru Ukrayna xüsusən də Xerson şəhərində müəyyən aktivlik göstərir. Zaporojye atom stansiyası ətrafında baş verən proseslərdə görünür ki, Rusiya hədəflərinə qarşı Ukraynanın müəyyən zərbələri mövcuddur. Krımda da Rusiyanın bəzi arsenallarına qarşı Ukrayna tərəfindən dəqiq zərbələr həyata keçirilir. Lakin Rusiyanın hərbi gücünü nəzərə aldıqda Ukraynanın əks hücum əməliyyatları, eyni zamanda NATO-dan və Avropa İttifaqından aldığı yardımlara rəğmən qısa zaman ərzində Rusiya üzərində qələbə qazanmağı qeyri-mümkün görünür”.
Politoloq bildirib ki, həm Rusiyanın Ukraynadan tələb etdiyi bəzi məsələlər var ki, onlar yerinə yetirilməyib, həm də Ukraynada Zelenski hakimiyyətdə olmasa belə hansısa bir iqtidarın Krımı Rusiyanın ərazisi kimi və yaxud da Donbasdakı separatçı, bölücü qurumu müstəqil şəkildə tanıyacağını güman edilmir.
“Çünki Ukraynanın Donetski və Luqanskı müstəqil tanıması Ukraynanın süqutu və iflası deməkdir. Ona görə də Ukraynada ruspərəst qüvvələr gələnə qədər, ya da ki, Rusiyada Putin hakimiyyəti dəyişənə qədər Rusiya və Ukrayna arasındakı müharibə müəyyən atəşkəslərlə davamlı olacaq.
Bu müharibə təssüflər olsun ki, taleyi uzun illəri siraət edən müharibələrdən biri olacaq. Ukraynanın hansısa uğurlu əməliyyatları və yaxud Rusiyanın müəyyən zərbələrinə qarşı uğurlu müdafiə xarakterli cavab zərbələri indiki məqamda Ukraynanın müharibədə qələbəsi demək deyil. Bütövlükdə isə hesab edirəm ki, müharibənin nə zaman yekunlaşmağından asılı olmayaraq, Rusiya-Ukrayna arasında olan bu müharibədə həm Ukrayna, həm də Rusiya məğlub hesab edilməlidir”.
Nəsimi Ələsgərli
Telegram kanalımız