“Əgər bu müharibənin miqyasına ərazi, eləcə də dövlətlərin nüfuz və imkanları baxımından baxsaq, görərik ki, 90 gün böyük bir müddət deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Şair Ramaldanov deyib. Hərbi ekspert müharibənin 90-cı günü barəsində fikirlərini bölüşüb.
Mütəxəssisin sözlərinə görə, müharibənin gedişatında Rusiyanın qarşısına qoyduğu məqsədləri nəzərə alsaq, bunlar baş tutmadı: pizza hut
“Çünki Rusiya öz məqsədlərinə nail olmaq istəyirdi və prinsipcə bu döyüşlər başlayanda müşahidə edilirdi ki, müharibə bu qədər uzanmamalıydı. Lakin sonra işin gedişatını gördükcə, habelə Ukraynanı dəstəkləyən ölkələrin sayı tədricən artdıqca, bu müharibədə gördük ki, Rusiya qarşısına qoyduğu məqsədlərə çata bilmədi və Ukraynanı dəstəkləyənlər bunu mümkünsüz etdi. Bu saat gedən proseslər də onu göstərir ki, Rusiya qarşısına qoyduğu məqsədlərə nail ola bilməyəcək. Düşünürəm ki, belə olduğu halda Rusiyanın növbəti hədəflərinin həcmi getdikcə azalacaq”.
Hərbi analitik əmindir ki, bu müharibədə udan tərəf yoxdur, ancaq uduzan tərəf var: “Çünki müharibə itki deməkdir və burada insan resursu anlayışı da mövcuddur. Bu savaşda ən çox əziyyət çəkən Ukraynanın özüdür. Qazanan tərəf isə Qərbin hərbi-sənaye kompleksləridir. Çünki müharibələrdə hərbi texnika və silah-sursatlardan istifadə olunur.
O ki qaldı bu fonda nələri gözləməliyik, bu haqda onu deyə bilərəm ki, hər bir əsrin öz müharibə anlayışı var. Demək olar ki, bütün mühairbələr bir-birinə oxşamır. Ruisya-Ukrayna məsələsində də Ukraynanı bu qədər dəstəkləyəcək dövlətlərin olması gözlənilmirdi. Lakin sonradan güclü silah tədarükündən sonra vəziyyət dəyişdi. Hazırda NATO və Qərb dövlətləri tərəfindən istehsal edilən silahlar döyüşlərdə istifadə olunur. Ukrayna hərbçiləri müəyyən kurslardan keçirlər və s. Proseslər bu fonda gedir”.
“Hətta mən deyərdim ki, İsveç və Findandiyanın NATO-ya qəbul edilməsi planlaşdırılmış böyük bir prosessin başlanğıcıdır. Bu başlanğıc da məhz Rusiya-Ukrayna toqquşmasıyla başladı.
Bu döyüşlər onu göstərdi ki, Rusiyanın silahlı qüvvələr o qədər də güvənilir bir ordu imici yaratmadı. Çünki həm itki, həm döyüş texnikasının tətbiqi, həm də ki, döyüşlərin nəticəsi baxımından biz bunu gördük. Bu 90 gündə biz gördük ki, Rusiya silahlı qüvvələri öz etimadlarını doğrultmadılar.
Lakin bu fonda hər hansı qiymət vermək də çətindir. Çünki müharibənin gedişatında hansısa məsələlər dəqiqləşdirilir və hər hansı tədbirlər görülür, bunu yalnız zaman göstərəcək”, - deyə o bildirib.
Rafi MÜSLÜMOV
Telegram kanalımız