Bu musiqi məktəbinə yeni direktor təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu musiqi məktəbinə yeni direktor təyin edildi

Mədəniyyət

30 Avqust 2025 17:15 849


Cavidan Elşad oğlu Nəbiyev Qobustan rayon musiqi məktəbinin yeni direktoru təyin edilib.

Yenisabah.az xəbər verir ki, musiqi məktəbinin əvvəlki direktoru Zaur Cəfərov iki il öncə işdən ayrılsa da, yeni təyinat olmamışdı. Son iki ildir direktor vəzifəsini Alim Mustafayev icra edirdi.

Qeyd edək ki, Cavidan Nəbiyev 28 noyabr 1993-cü ildə Şamaxıda anadan olub. Milli Konservatoriya tərkibində Musiqi kollecini nağara ixtisası üzrə bitirən Cavidan Nağıyev Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı (nağara) üzrə ixtisaslaşıb. Bir sıra beynəlxalq konsert proqramlarında çıxış edib. pizza

O, həmçinin 2013-cü ildən Bakı şəhər Mədəniyyət Baş idarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına 2 saylı Uşaq və İncəsənət məktəbində müəllim vəzifəsində çalışır./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!