Bir neçə gün əvvəl “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin monitorinq və qiymətləndirmə nəticələri elan olunub.
“Yeni Sabah” xəbər verir ki, monitorinqin nəticələrinə görə bir sıraa dövlət qurumlarının Strateji Yol Xəritələrində əsas icraçı olmalarına baxmayaraq çox aşağı olub.
Ümumilikdə isə göstəricilər faiz nisbətinə görə aşağıdakı kimi olub: Dördpendirli pizza
1 yanvar 2019-cu il tarixinə əsasən icranı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 100 faiz, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 100 faiz, Vergilər Nazirliyi 95 faiz, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 93 faiz, “Azərişıq” ASC 81 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 79 faiz, Dövlət Statistika Komitəsi 75 faiz, Maliyyə Bazarlarına Nəzarət Palatası 68 faiz, SOCAR 68 faiz, “Azərsu” ASC 63 faiz, Maliyyə Nazirliyi 55 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi 53 faiz, Mərkəzi Bank 52 faiz, İqtisadiyyat Nazirliyi 46 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 44 faiz və digər qurumlar isə ortalama 47 faiz həyata keçirib.

Telegram kanalımız