“Bu nisgil məni heç vaxt tərk etməyəcək...” - Bahar Muradova

saytların hazırlanması

Evə çatdırılma

“Bu nisgil məni heç vaxt tərk etməyəcək...” - Bahar Muradova

Siyasət

07 Fevral 2019 15:49 1264


“Hansısa bir şəhərdə, istirahət mərkəzində dincəlməkdən çox, adicə taxıl zəmisini izləmək mənə daha çox zövq verir. Yaşıllıq görəndə dünyanın ən xoşbəxti oluram. Mənim üçün çiçək bitirmək, ağaca qulluq etmək məşğuliyyətlərin ən gözəlidir. Füzuli rayonunda doğulmuşam və uşaqlıqdan Kiçik Qafqaz dağlarına, onun ətəyindəki yaşıllıqlara, meşəliklərə baxa-baxa böyümüşəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Azərbaycan” qəzetinə verdiyi nostalji müsahibəsində bildirib. İşğal altında olan doğulduğu Füzuli rayonu haqda danışan deputat deyib ki, artıq oraları 25 ildir ki, görmür: “Yaşadığım yer, getdiyim yol, oxuduğum məktəb xatirələrdə və bir də bəzi fotolarda qalıb. Yalnız məktəbə getdiyim ilk və 8-ci sinifdə son, direktor otağında şəhadətnamənin mənə təqdim olunduğu günü xatırlayıram.

Çox qəribədir ki, Füzuli deyərkən gözümün qarşısına bu iki mənzərə daha aydın şəkildə gəlir. Bir də uşaqlıqla bağlı ən çox xatırladığım Novruz bayramlarında qaladığım tonqal...” pizza

Bahar Muradova deyib ki, məcburi köçkünlər təkcə torpaqları deyil, həm də uşaqlıqlarını və xatirələrindən uzaq düşüblər: “Əlbəttə, bu nisgil məni heç vaxt tərk etməyəcək... Bir də gördüyüm və getdiyim yerlər daha çox ətri ilə yaddaşıma hopur. O ətirləri heç zaman səhv sala bilmərəm. Bəzən baharda burnuma yenicə ağarmış gilasın ətri gəlir. Xatirimdədir, biz uşaq vaxtı gəlib ağacın altında dayanardıq və diqqətlə baxardıq. Ağarmış, bir az böyümüş gilas gördükdə sevincimizin həddi-hüdudu olmazdı... Onun özünəməxsus ətri var idi və mənə elə gəlir ki, gilasın heç yerdə belə ətri ola bilməz, o yalnız Füzulidədir, atamın mənim adıma əkdiyi, mənim də hündürboylu və bol məhsullu olması ilə fəxr etdiyim ağacdadır...”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!