Bu obyektlər və infrastruktur ekoloji ekspertizadan keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu obyektlər və infrastruktur ekoloji ekspertizadan keçiriləcək

Turizm

29 Dekabr 2020 18:01 1501


“İşğaldan azad olunan ərazilərdə bütün obyektlər, infrastruktur ekoloji ekspertizadan keçirilməlidir. Bizim qanunvericiliyimizdə də bu, nəzərdə tutulub”.

Yenisabah.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda Nazirliyin Dövlət Ekoloji Ekspertiza Xidmətinin rəisi Mirsalam Qəmbərov bildirib. Onun sözlərinə görə, nazirliyin qrupları bilavasitə ekoloji amillər üzərində təhqiqat işləri aparır, monitorinq keçirirlər: "Hazırda dağıdılan, deqradasiya olunan o yerlərdə əvvəllər çoxlu ekoloji qoruqlar, meşələr, çaylar var idi.  Ekspertiza Agentliyinin əməkdaşları tərəfindən müəyyən xəritələnmə işi aparılır ki, çəkilişlərdə hansı parametrlər əsas götürülsün, sonrakı qiymətləndirmə müqayisəli olsun ki, biz onu real qiymətləndirə bilək. Bu sahədə bir proqramımız var və işlərimiz davam edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!