Bu ölkə sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək

Turizm

06 Avqust 2020 22:10 1477


Monteneqro avqustun 7-dən bəzi xarici vətəndaşların ölkəyə girişinə qoyulan məhdudiyyətləri aradan qaldırır.

Yenisabah.az xəbər verir ki, bu barədə sözügedən ölkənin hökumətinin bəyanatında qeyd edilir.

Vətəndaşlarının sərbəst şəkildə Monteneqroya girə biləcəkləri ölkələrin siyahısına Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Kanada və Zimbabve daxildir. Marqarita pizza

Eyni zamanda, ölkəyə gələn əcnəbilər üçün bir sıra qaydalar müəyyən edilib. Belə ki, turistlər Monteneqroya gəlmədən ən az 72 saat əvvəl verdikləri mənfi nəticəsi olan testə sahib olmalıdırlar.

Bundan başqa, ölkə rəhbərliyi turistlərə açıq havada və qapalı məkanlarda maska taxmağın vacibliyi barədə xəbərdarlıq edib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!