“Kəndlərdə, səhralarda ilanların görünməsi təbiətin oyanmasının əlamətidir. Başda ilanlar olmaqla heç bir heyvanı, həşaratı öldürmək olmaz. Təbiət ilanı, qurbağası, tısbağası, yarasası, kərtənkələsiylə gözəldir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri türkiyəli bioloq, professor Mustafa Sözən deyib.
Professor bildirib ki, heyvanların, quşların, həşaratların çoxluğu təbiətin zənginliyini göstərir: “Heç bir quş, heç bir heyvan, heç bir həşarat bizə düşmən deyil”. pizza mizza
Mustafa Sözən bildirib ki, Türkiyədə 60 növ ilan yaşayır: “Yer üzündə 10 növ ilan var ki, anacq Türkiyədə yaşayır. Onları qorumaq bizim borcumzudur. Heç bir ilan durduğu yerdə insana hücum etmir, Üstəlik, ilanların çoxu zəhərsiz olur”.
Telegram kanalımız