Bu ölkədə cəmi 1 günlük benzin ehtiyatı qalıb

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə cəmi 1 günlük benzin ehtiyatı qalıb

Dünya

18 May 2022 12:04 931


Şri-Lankanın yeni Baş naziri Ranil Vikremesinqhe ölkədə cəmi bir günlük benzin ehtiyatının qaldığını açıqlayıb.

O bildirib ki, bir neçə günə Hindistandan kreditlə benzin və dizel yanacağı ala biləcəklər.

Yenisabah.az "AdaDerana Sri Lanka" agentliyinə istinadla xəbər verir ki,Vikremesinqhe çıxışında başlıca qida məhsullarının idxalı üçün bir neçə gün ərzində ən azı 75 milyon dollar tapmalı olduqlarını, həmçinin, dövlət işçilərinin maaşları üçün pul çap etməli olduqlarını və Şri Lanka Hava Yollarının özəlləşdirilə biləcəyini açıqlayıb. Dominos pizza

Qeyd edək ki, Şri Lanka iqtisadiyyatı pandemiyadan, artan enerji qiymətlərindən və populist vergi endirimlərindən sonra böhranla üzləşib. Valyuta ehtiyatı qalmayan ölkədə artan inflyasiya səbəbindən dərman, yanacaq və digər əsas istehlak malları tapılmır.

Baş nazir iqtisadi böhrandan çıxacaqlarını və ailələrin gündə üç dəfə yemək yeməsini təmin edəcəklərini bildirib.

"Aclıq böhranı olmayacaq. Qidasız qalmayacağıq. Dünya ölkələrini bizə maliyyə yardımı etməyə çağırırıq" - deyə baş nazir bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!