Bu ölkədə prezident və referendum seçkiləri  bir gündə keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə prezident və referendum seçkiləri bir gündə keçirilir

Dünya

12 May 2019 13:48 1058


Litvada bu gün prezident seçkiləri və referendum keçirilir.

"Yeni Sabah" xəbər verir ki, prezident seçkilərinin ilk turunda 9 namizəd mübarizə aparır. Artıq səsvermə hüquq olan 2 milyon 47 min insan yaradılmış seçki məntəqələrində, habelə xaricdəki səfirliklərdə səs verməyə başlayıblar. Məntəqələr yerli vaxtla saat 7.00-dan 20.00-dək açıq olacaq. Artıq seçicilərin 13,47 faizi səs verib.

İlkin sorğular göstərib ki, prezident postuna ən yaxın namizəd keçmiş maliyyə naziri İnqrida Şimonitedir. Nəticələrə görə respondentlərin 26,2 faizi ona səs verəcəyini bildirib. pizza

Həmçinin ölkədə ikili vətəndaşlıq və parlamentdəki mandat sayının azaldılması ilə bağlı referendum da keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!