Bu ölkədə yenidən güclü zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə yenidən güclü zəlzələ baş verdi

Dünya

27 İyun 2026 09:53 365


Pakistanda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri və dərinliyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır. pizza

Qeyd edək ki, bundan bir neçə saat əvvəl – cümə günü axşam saatlarında da Pakistanda 5,3 maqnitudalı zəlzələ baş vermişdi. Milli Seysmologiya Mərkəzinin məlumatına görə, həmin zəlzələnin ocağı 75 kilometr dərinlikdə yerləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!