Bu ölkədən Azərbaycana quş əti gətirilməsinə qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədən Azərbaycana quş əti gətirilməsinə qadağa qoyuldu

Sağlamlıq

09 İyul 2021 14:04 985


Vyetnamdan bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenisabah.az-a verilən məlumata görə, agentlik tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikasının Hai Duonq, Lanq Şon, Nam Din, Nin Bin, Dak Lak, Hanoy, Ha Qianq, Ha Nam, Ha Tin, Yen Bay, Tay Nquyen, Tay Bin, Kxan Hoa, Kon Tum, Hay Fonq, Donq Tap, Kao Banq və Hoa Bin əyalətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Vyetnam Sosialist Respublikasının əyalətlərində yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqların ölkə ərazisinin əksər hissəsini əhatə etməsi nəzərə alınaraq, həmin ölkədən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. pizza

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Vyetnam Sosialist Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!