Bu ölkələrdə yaşayan azərbaycanlılara   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkələrdə yaşayan azərbaycanlılara ŞAD XƏBƏR

Siyasət

15 Aprel 2026 20:15 1053


Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır", - məlumatda bildirilib. pizza sifarişi

Eyni zamanda, Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün mayın 4-də səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin "X" hesabında məlumat paylaşılıb.

"Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək", - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!