Bu parolları qoymadan öncə bir daha düşünün! - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bu parolları qoymadan öncə bir daha düşünün! - Siyahı

Rəqəmsal

16 Dekabr 2019 09:47 1568


"NordPass" şifrə meneceri dünyada ən çox yayılmış etibarsız parolların siyahısını dərc edib.

"Yeni Sabah" xəbər verir ki, şirkətin saytı tədqiqatçılarının sızmalardan və boşluqlardan sonra əldə edilən 500 milyon parola əsasən nəticə əldə etdiklərini bildirib.

Qeyd olunur ki, istifadəçilər çox vaxt rəqəmlərdən ibarət şifrələrdən - məsələn "12345", "11111" və ya "123321" kimi kombinasiyalardan istifadə edirlər. Marqarita pizza

Səkkiz yüz mindən çox istifadəçi klaviaturadakı ardıcıl hərflərin kodunu - "qwerty" və ya "asdfgh" istifadə edir.

Bundan əlavə, qadın adları ilə olan parollar ("Nicole", "Jessica" və "Hannah") populyarlaşıb.

Yüz mindən çox insan "princess" (şahzadə), "iloveyou" (səni sevirəm), "test" (test) sözlərindən istifadə edir.

"NordPass" ekspertləri qeyd edirlər ki, istifadəçilər şifrəni unutmaqdan çəkindiklərindən asan seçimlərə əl atırlar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!