“Ermənistan Rusiyanın müttəfiqi deyi, xaindir”.
Yenisabah.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov danışıb.
“Ermənistan birbaşa Roma Statutuna qoşulub. Əvvəllər çox ölkələr BCM-yə qoşulub. Amma çox təəccüblüdür ki, Ermənistan Rusiya üçün ən tıəhqiredici məqamda bu təşkilata qoşuldu. Ermənistan HAAQA-ının Vladimir Putini həbs etmək qərarından bir neçə gün sonra bunu etdi.
Əlbəttə ki, bu, Paşinyan tərəfindən Putinə təhqirdir. Bu, Paşinyan və Ermənistan tərəfindən Putin və Rusiya adına şillədir.
Bu qərar açıq-aydın göstərir ki, Paşinyan Rusiya ilə bütün əlaqələri kəsmək istəyir və Rusiyaya, onun prezidentinə hörmət etmir.
Bu qərar onu sübut edir ki, Ermənistan Rusiyanın müttəfiqi deyi, xaindir. Rusiya buna belə yanaşmalıdır.
Rusiya daha əvvəlllər də Ermənistandan satqın hərəkətlər görüb. Ermənistan tərəfindən bu cür açıq-aşkar xəyanət olacaqsa, Rusiya Azərbaycanın xeyrinə seçim etməlidir.
Rusiya ictimaiyyəti bu qərardan çox qəzəblənib. Rusiyadakı erməni diasporunun Paşinyanın Rusiya və Putinə qarşı bu utanmaz və hiddətləndirici qərarına susacaqlarından qorxuram”, – Markov deyib./Konkret.az
Telegram kanalımız