Bu pensiyaçılara mühüm xəbər - Nazir açıqladı: “Bu il...”

saytların hazırlanması

Evə çatdırılma

Bu pensiyaçılara mühüm xəbər - Nazir açıqladı: “Bu il...”

Sosial

02 Aprel 2024 19:40 33936


Ölkəmizdə 60 min nəfərdən artıq işləyən pensiyaçı var.

Yenisabah.az xəbər verir ki, bu barədə DOST TV-də izləyici suallarını cavablandırarkən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazir bildirib ki, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin həmin iş müddətində topladıqları kapital hər ilin əvvəlində indeksləşdirilməklə artırılır. Hər 6 ildən bir həmin kapital 72-yə bölünərək pensiyasına əlavə olunur. pizza mizza

Hazırda bununla bağlı elektron proqram hazırlanır və cari ildə bu proqram istifadəyə veriləcək.

Yəni, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin hər 6 ildən bir pensiyasının yenidən hesablanıb artırılması həmin 6 il tamam olan kimi e-sistem üzərindən olmaqla avtomatik, proaktiv qaydada həyata keçiriləcək.

Artıq vətəndaşların bununla bağlı müraciətinə ehtiyac qalmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    Cenab nazir...en az emekli...sizin dilde pensiyaci hansi olkededir?!
    2 years ago
  • Səmərqə
    Artmır axı, 65 yaşımızın arxasınca göndərirsiniz. Özünüz oturursuz ölənəcən kürsülərdə. 65 sonra işləyən siz məmurlarınız. Bir də dayılılar.
    2 years ago
  • Alik
    Sen pensiyaciya yaxsi pensiya ver o cixib qalan omrunu istirahet etsin. Ömrunun axirina kimi islemelidi insan????. Pensiyaci cixmalidi ki cavanlarimiz işsiz qalmasin onlarin yerine isle temin olunsun
    2 years ago