Bu proqram telefon və komputerlərinizdə varsa, risk altındasınız! – TƏHLÜKƏ ANONSU

saytların hazırlanması

Evə çatdırılma

Bu proqram telefon və komputerlərinizdə varsa, risk altındasınız! – TƏHLÜKƏ ANONSU

Rəqəmsal

16 İyul 2025 10:48 592


Dünyanın ən çox istifadə edilən internet brauzerlərindən olan Google Chrome-da ciddi təhlükəsizlik boşluğu aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, ekspertlərin fikrincə, bu boşluğun təhlükə səviyyəsi 10 üzərindən 8.1 olaraq qiymətləndirilib. Daha diqqətçəkən məqam isə budur ki, yalnız Chrome istifadəçiləri deyil, başqa brauzerlərdən istifadə edənlər də bu riskin təsir dairəsindədir.

Mütəxəssislər tərəfindən müəyyən edilən boşluq, WebRTC (Web Real-Time Communication) texnologiyası ilə əlaqəlidir. Bu texnologiya sayəsində istifadəçilər brauzer üzərindən video zənglər, fayl ötürmələri və digər real vaxt ünsiyyətləri həyata keçirə bilirlər. Lakin sistemdə olan zəiflik, hakerlərə kompüterlərə icazəsiz daxil olmaq və şəxsi məlumatları əldə etmək imkanı yarada bilər. Dördpendirli pizza

Ən təhlükəlisi isə bu boşluğun istifadəçi tərəfindən heç bir müdaxilə olmadan istismar edilə bilməsidir. Bu o deməkdir ki, zərərli proqram və ya linkə klikləmədən belə kompüterə sızmaq mümkündür.

Google şirkəti təhlükənin qarşısını almaq üçün təhlükəsizlik yeniləməsi yayımlayıb. İstifadəçilərə Chrome brauzerini ən son versiyaya yeniləmək tövsiyə olunur. Eyni zamanda WebRTC texnologiyasından istifadə edən digər brauzer və tətbiqlərin də risk altında olduğu bildirilir.

Mütəxəssislər həmçinin kompüter istifadəçilərinə vebkamera və mikrofon icazələrinə nəzarət etməyi, şübhəli saytlardan uzaq durmağı və sistemlərini mütəmadi olaraq yeniləməyi tövsiyə edirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!