"Avropalıların bizdən fərqi bilirsiz nədir: "Yüz ölç, bir biç" atalar sözü bizdədir, əməl edənlər avropalılardır. Seçimi düzgün etməlisən. Təsadüfi gəlib incəsənətə düşənlərə yazığım gəlir. Onlar gəlib teatrlarda hansısa istedadlının yerini tuturlar, iddiaları dağ boyda. Amma onların yalançı xoşbəxtliyinin üstündən xətt çəkiləcək. Hər kəs bir gün peşman olacaq".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri xalq artisti Nurəddin Mehdixanlı "5-ci element" verilişində deyib:
Niyə biz bu gün Azərbaycan qadınını dəli, başdanxarab, ərinin üstünə qışqıran, qapazlayan, kişisini mağmun, dəli, ailə qədri bilməyən, tufeyli kimi göstəririk. Belə deyil axı. Bütün millətin taleyində bunlar var. Amma başqaları nəyi, biz nəyi göstəririk. Toyuqlu pizza
Niyə biz iki azərbaycanlı rus dilində danışırıq? Gedib 2 həftə İstanbulda gəzirik, gəlib "gəliyorum, gediyorum" deyirik.
Ölkə başçısı teatrlara pul ayırdı. Maaşlar qalxdı. Sponsorlar çıxdı, teatrlara əlavə paralar verdi. Bu paralar teatr rəhbərlərinin dam örtüyünü, işıq pulunu ödəmək üçün deyil, yeni tamaşalar hazırlamaqdan ötrüdür".
Telegram kanalımız