“Bu qadağanı qoyanlar çox səhv ediblər” – Prezidentdən sərt reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Bu qadağanı qoyanlar çox səhv ediblər” – Prezidentdən sərt reaksiya

Siyasət

02 Mart 2019 19:29 1250


“Nəzərinizə çatdırmaq istəyirəm ki, bu son illərdə bizə qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam etdiririk. Bunun nəticəsi kimi, Leyla xanımın köməyi ilə biz Rusiyada çox böyük filmi təqdim etdik. Nəinki Rusiyada, MDB-nin 9 ölkəsində bu film yayım hüququ aldı. Hazırda ikinci film üzərində işləyirik. İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işləyirik”.

“Yeni Sabah” xəbər verir ki, bunu əməkdar artist Tahir İmanov prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib. O, bildirib ki, bu işdə prezidentdən kömək istəyən T. İmanov deyib ki, bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etdilib: “Amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız. Əgər imkan olarsa, başqa bir görüşdə biz bu barədə daha ətraflı məlumat verə bilərik. O cümlədən Sizdən teatrımızın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad xahiş edirəm. Çünki biz heç bir dövlət qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu sistem necə həyata keçirilir, məktublar necə yazılır. Fürsətdən istifadə edib, Sizdən xahiş edirəm.

Sonuncu xahişim də odur ki, bu il mənim babam bəstəkar Süleyman Ələsgərovun 95 illiyi qeyd olundu. Doxsan illikdə də ailəmiz adından cəhd göstərib Sizə məktub yazdıq, amma bilirik ki, o məktublar çatmadı. Sağ olun ki, 80 illik yubileyində Siz onun adını əbədiləşdirdiniz, məktəbə ad verildi. İmkan varsa, Süleyman Ələsgərovun adına bir küçə də versəniz, biz çox şad olarıq”. Sezar pizza

Prezident cavabında bildirib ki, onlara heç kim qadağa qoya bilməz: “Bu qadağanı qoyanlar çox səhv ediblər. Onlara məsləhət görürəm ki, belə bir qadağa varsa, aradan qaldırılmalıdır. Görünür burada hansısa anlaşılmazlıq olub. Dövlət xətti ilə sizə hər hansı qadağa ola bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!