“Bu qətnaməni qəti şəkildə rədd edirik” - SPİKER

saytların hazırlanması

Evə çatdırılma

“Bu qətnaməni qəti şəkildə rədd edirik” - SPİKER

Siyasət

02 Dekabr 2022 11:39 614


Fransa Senatından sonra bu ölkənin Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi yolverilməzdir. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. 

Parlament sədri qətnamənin riyakarlıq olduğunu deyib:  pizza mizza

“Bu qətnaməni qəti şəkildə rədd edirik və riyakarlıq olaraq qəbul edirik. 30 il ərzində Azərbaycan və Ermənistan arasında münaqişədə nəticənin əldə edilməməsinin səbəbi vasitəçi dövlətin bitərəf olmasıdır. Bu qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 illik cinayəti, eyni zamanda, müharibə dövründə 9 şəhərimizi bombalaması qeyd olunmayıb. Qətnamədə Azərbaycana qarşı ucuz siyasi sifariş açıq görünür. Hər kəsə aydındır ki, Fransanın qara tarixi işğallarla doludur və bu silinməzdir. Bu gün Azərbaycan beynəlxalq şəkildə əlaqələrini gücləndirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görür”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!