“Bu qida mənşəli yox, toksik zəhərlənmədir” -   Agentlik sədri BDU-dakı hadisə barədə

saytların hazırlanması

Evə çatdırılma

“Bu qida mənşəli yox, toksik zəhərlənmədir” - Agentlik sədri BDU-dakı hadisə barədə

Sağlamlıq

04 Dekabr 2019 10:12 1156


Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbənin qidadan zəhərlənməsi ilə bağlı açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, sədr jurnalistlərin suallarını cavablandıran zaman bildirib ki, ölümə səbəb qida mənşəli zəhərlənmə yox, toksik zəhərlənmədir:

"Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmiş qızlarla bağlı hazırda cinayət işi aparılır. Sonda Agentlik ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yanlış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi kimi qələmə verməyə çalışdılar".  pizza hut

Xatırladaq ki, noyabrın 11-də Bakı Dövlət Universitetinin 2 №-li yataqxanasında 3 tələbə qız zəhərlənmişdi. Onlardan biri dünyasını dəyişib. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!