Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilib.
Qurumun aylıq əməkhaqqı fondu isə 10080 (on min səksən) manat məbləğində müəyyən olunub. Dominos pizza
Telegram kanalımız