Bu rayonda əhali üçün böyük təhlükə yarandı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonda əhali üçün böyük təhlükə yarandı - FOTO

Hadisə

18 Aprel 2026 10:43 498


Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, torpaq sürüşməsi rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çaya tökülüb. Kənd sakinlərinin verdiyi məlumata görə, sürüşmə uzun müddətdir davam edir. Bildirilib ki, son yağışlardan sonra sürüşmə daha da aktivləşib. Pepperoni pizza

Lənkəran Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, müraciət əsasında Separadi kəndi ərazisində selin fəsadlar törətdiyi yerə baxış keçirilib: “Məlum oldu ki, sürüşmə halı təqribən 200 metr uzunluqda qeydə alınıb. Bununla əlaqədar idarənin texnikalarının köməyi ilə yerli materialdan, müvəqqəti də olsa, xəta böyüməsin deyə torpaqdan bənd vurma işləri aparılacaq. Daha sonra aidiyyəti qurumlara müraciət ediləcək”.

Qeyd edək ki, Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!