“Bu, Rusiya İmperiyasının keçmişin qalığı kimi məhvi deməkdir” -   Ukraynalı politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Rusiya İmperiyasının keçmişin qalığı kimi məhvi deməkdir” - Ukraynalı politoloq

Siyasət

24 Sentyabr 2022 12:04 1466


“Qismən səfərbərlik elan etmənin 2 məqsədi olmalıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Kiyev Strateji Araşdırmalar Mərkəzinin sədri Pavlo Jovnirenko deyib.

O, Rusiyada elan olunan qismən səfərbərliyin pərdəarxası məqamlarına toxunub: pizza

“Birincisi, əsas məqsəd hərbçi çatışmazlığını aradan qaldırmaqdır. Rusiya bunu gizlətsə də, bu məsələ çox kəskindir. Ruslar ölənlərin sayının 5 mindən bir az çox olduğunu açıqlayıblar. Lakin Ukrayna və Qərb məlumatları deyir ki, öldürülənlərin sayı dəfələrlə çoxdur.

Qismən səfərbərliyin elan edilməsinin ikinci səbəbi informasiya mühitində formalaşmış neqativləri neytrallaşdırmaq, habelə Xarkov vilayətində rus ordusunun məğlubiyyətindən sonra Səmərqənddə ŞƏT-ə üzv ölkələrin liderləri tərəfindən Putinə verilən qulaqburmadır.

Putin nə edirsə-etsin, tezliklə tam səfərbərlik elan olunacaq”. 

Pavlo Jovnirenko əlavə edib: “Hazırda Ukraynada və Qərbdə bu qələbənin ümumi konsepsiyası qurulur. 2 variant var, o cümlədən Rusiyanın Ukraynadan tam qovulması və Rusiyanın tam məğlubiyyətə düçar edilməsi. Bu da Rusiya İmperiyasının keçmişin qalığı kimi məhvi deməkdir”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!