Bu şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şagirdlər üçün buraxılış imtahanı keçiriləcək

Sosial

15 Fevral 2019 14:49 944


Dövlət İmtahan Mərkəzi (DİM) 17 fevralda respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən “Yeni Sabah”a verilən məlumata görə, həmin gün 3432 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 12-dən etibarən çap edib götürə bilərlər. pizza sifarişi

İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırılır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.

İmtahanların keçirilməsi üçün 25 imtahan bunası ayrılıb.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3432 (Bakıda 1447, Gəncədə 301, Şəmkirdə 56, Gədəbəydə 71, Qazaxda 58, Tovuzda 71, Sumqayıtda 288, Şamaxıda 78, Qaxda 78, Bərdədə 139, Göyçayda 72, Kürdəmirdə 39, Zərdabda 32, Şirvanda 115, Sabirabadda 80, Biləsuvarda 33, Salyanda 55, Saatlıda 77, Lənkəran 43, Cəlilabadda 113, Qubada 77, Qusarda 40, Xaçmazda 69 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 34 imtahan rəhbəri, 314 nəzarətçi-müəllim ayrılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!