“Bu, şeirlərlə, əl sıxmaqla başa gəlmir“ - İsrailli politoloqdan Qarabağ açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

“Bu, şeirlərlə, əl sıxmaqla başa gəlmir“ - İsrailli politoloqdan Qarabağ açıqlaması

Siyasət

17 Sentyabr 2019 14:22 1066


Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi halında bərqərar ola bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Report”a Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında gözlənilən görüşlə bağlı fikirlərini bölüşən israilli politoloq, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer bildirib.

O, münaqişənin yalnız danışıqların formatını dəyişdirməklə həll etməyin mümkün olmayacağını qeyd edib: “Bu görüşlər mütəmadi olaraq keçirilir. Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi, habelə Ermənistanın ərazi məsələsində güzəştə razılaşması halında bərqərar ola bilər. Sülh şerlərlə, əl sıxmaqla başa gəlmir, konkret dəyişiklərə gedilməlidir”. Dördpendirli pizza

Ekspert qarşıdakı görüşün artıq 30 ildən artıqdır davam edən danışıqlar prosesinə hər hansı dəyişiklik gətirəcəyinə inanmadığını da diqqətə çatdırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!