Bu şərtlərlə qaldığınız kirayə evlər sizin olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu şərtlərlə qaldığınız kirayə evlər sizin olacaq

İqtisadiyyat

22 Aprel 2019 20:15 1867


Prezidentin fərmanına əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Yeni qaydalara görə, məsələlərlə bağlı tədbirlərin 5 ay müddətində icrası tapşırılıb. 

Qaydaya əsasən, kirayə müqaviləsi bağlanıldıqdan sonra tam ödəniş 3 ildən tez həyata keçirilməməli, kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Müqavilə maksimum 25 il müddətinə bağlanıla bilər. Kirayə müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, aylıq ödənişlər geri qaytarılmır. 

Bu qaydalar tətbiq olunacağı halda kimlərə üstünlük veriləcəyi və hansı şərtlərlərin gözlənildiyini öyrənmək üçün iqtisadçı ekspert Natiq Cəfərlinin də fikirlərini öyrəndik. O “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu praktikadan dünyanın bəzi ölkələrində istifadə edilir: Dördpendirli pizza

“Kirayə pulu ödəmə şərtləri altında müqavilə bağlayıb, sonradan uzunmüddətli müqavilənin nəticəsi olaraq evlərin həmin vətəndaşlara öncüllük tanınmaqla təslim edilməsi praktikası var. Əsasən də bu, Türkiyədə çox yayılmış yanaşmadır. Azərbaycanda da çox güman ki, buna bənzər bir yanaşma olacaq. Müqavilələrin şərtlərində şəxsin müəyyən müddətdən, 20-25 ildən sonra  həmin mənzilin sahibi olması imkanı yaradılacaq. Əgər ödənişlə bağlı sonradan hər hansı problem yaranarsa, həmin şəxsə, ilkin öncüllük tanınacaq. Həmin mənzilin başqa şəxsə satılması, və ya yenidən  kirayə verilməsi ilə bağlı yəqin ki, ilkin müqavilə şərtlərində öhdəliklər olacaq. Yəni aşağı -yuxarı  uzunmüddətli sosial ipotekaya bənzər bir yanaşma olacaq. Kirayə verilən mənzillər də dövlətin balansında olan və ya dövlətin dəstəyi ilə tikilən evlərdir. Hər hansı bir formada dövlətin əmlakına aid olan mənzillərə aid ediləcək.

Yəni şəxslərə məxsus evlərin belə bir kampaniyada iştirak etməsi, mənzillərini bu şərtlər daxilində satması və kirayə verməsi inandırıcı görünmür. Ona görə də dövlət burada əsas oyunçu olacaq. Bazarın tənzimlənməsində dövlət strukturlarının həledici rolu olacaq”. 

N.Cəfərli layihədə şəffaflığı təmin etmə yollarından da danışıb: “Belə layihələrin məqsədi aztəminatlı və gənc ailələrin mənzilə əlçatımlılığını artırmaq üçündür. Ona görə də bu məsələdə  hədəf qrupları kimi aztəminatlı, gənc ailələr götürülməlidir. Şəffaflığının  təmin edilməsi üçün də bu məsələyə ictimai nəzarətin daim olması vacibdir. Çünki ictimai nəzarət, həmçinin bu məsələ medianın gündəmində olmasa, mənə elə gəlir ki, burada digər xoşagəlməz halların olması fürsətləri açıq olacaq. Ona görə də ciddi  ictimai nəzarət altında saxlamaq lazımdır”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!