Bu şəxslər əsgərlikdən tamamilə azad edilir

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər əsgərlikdən tamamilə azad edilir

Sosial

29 Yanvar 2026 14:39 5364


Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.

“Yeni Sabah” xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

 Qanunun 23.1.1-ci maddəsinə görə isə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan tamamilə azad edilirlər. pizza hut

 Doktoranturada təhsil əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalarda həyata keçirilir.

 Mövcud qanunvericiliyə əsasən, yalnız əyani formada təhsil alan çağırışçılara təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət verilir.

 Qanuna əsasən isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar.\Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!