Bu şəxslər hər ay sığortahaqqı ödəyəcək   - MƏBLƏĞ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər hər ay sığortahaqqı ödəyəcək - MƏBLƏĞ AÇIQLANDI

Sosial

22 Noyabr 2025 18:41 8758


Qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcək. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq.

"Yeni Sabah" Xezerxeber.az-a istinadən xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər. pizza sifarişi

Bildirilib ki, bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək.

"Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklər qeyri-formal işlə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu, əmək müqaviləsi olmadan çalışaraq gəlir əldə edən, kənd təsərrüfatı sahəsində çalışan, amma VÖEN-i olmayan, əmək fəaliyyətini rəsmiləşdirməyən şəxslərdir. Həmin şəxslər ümumi reysterdə müəyyənləşdirilə bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qurban
    Bu nə deməkdir, istəməyənlər sığorta ödəyəcək, hələm bir cərimə olunacaqlar Sizin başınız işləyir.Əyər işləmirsə, siğorta pulunu ödəyə bilmirsə, cəriməni hardan ödəyəcək.Bir işi görəndə fikirləşib sonra gorərlər.
    6 months ago