Bu şəxslər Rusiyadan Azərbaycana gətirildi - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər Rusiyadan Azərbaycana gətirildi - RƏSMİ

Kriminal

28 Avqust 2024 19:34 1886


Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya ediliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Fərid Rəşidoviç Bolayev, Səməndər Sarif oğlu Xəlilov, Pənah Əhliman oğlu Babayev və İlham Qabil oğlu Məşədiyevin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. pizza mizza

"Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!