Bu şəxslər yüksək vəzifəyə təyin edildilər - ADLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər yüksək vəzifəyə təyin edildilər - ADLAR

Rəsmi

10 Fevral 2025 19:45 2362


Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovnik Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər. Marqarita pizza

Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!