Bu şəxslərə kredit verilməyəcək?   - VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə kredit verilməyəcək? - VACİB AÇIQLAMA

İqtisadiyyat

05 Yanvar 2026 19:14 23377


Aylıq gəliri az olan vətəndaşların bank və kredit təşkilatlarından borc götürmək imkanları getdikcə daha çox sual doğurur. Kredit şərtlərinin sərtləşdiyi, gəlir tələblərinin əsas meyar kimi ön plana çıxdığı bir dövrdə bu kateqoriyadan olan şəxslərin maliyyə resurslarına çıxışı tamamilə məhdudlaşa bilərmi?

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit bazarında gəlir meyarı əsas şərt olaraq qalır:

“Onsuz da imkan məhduddur. Banklar və bank olmayan kredit təşkilatları kredit verərkən insanın aylıq gəlirinə xüsusi diqqət yetirirlər. Əgər aylıq gəlir azdırsa, kifayət etmirsə və insanın özünü, ailəsini yaşayış minimumu səviyyəsində təmin etməyə imkan vermirsə, ya ümumiyyətlə kredit vermirlər, ya da çox az məbləğdə verirlər”. pizza sifarişi

Ekspertin sözlərinə görə, bu yanaşma banklar üçün risklərin azaldılması baxımından başadüşüləndir, lakin aşağı gəlirli vətəndaşların maliyyə resurslarına çıxışını daha da çətinləşdirir. Nəticədə, bu təbəqənin əsas ehtiyaclarını qarşılamaq üçün kreditdən istifadə imkanları xeyli daralır.

Qeyd edək ki, son dövrlər kredit şərtlərinin sərtləşdirilməsi və gəlir tələblərinin yüksəlməsi xüsusilə sosial cəhətdən həssas qruplar üçün maliyyə yükünü artıran amillərdən biri kimi qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    Mən Elnur Kredit Götürmək İstiyirəm
    4 months ago
  • Rasim
    Olsun
    4 months ago
  • İlqar memmemdov bagir
    2500 AZN pul lazımdı
    4 months ago
  • Erazi
    Salam mene 2000 lazmdi
    4 months ago