Bu şəxslərə yeni mənzillər veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə yeni mənzillər veriləcək

Sosial

24 Yanvar 2025 00:27 887


Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılmaqdadır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda - Salyanda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Belə ki, sözügedən rayonda 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək. Marqarita pizza

Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlər start götürüb.

Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 1,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!