Bu şəxslərin kartına pul KÖÇƏCƏK - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin kartına pul KÖÇƏCƏK - SƏBƏB

İqtisadiyyat

13 May 2025 16:07 945


Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tərəfindən səhvən ödənilən məbləğin geri qaytarılması məsələsi bəzən suallar doğurur. 

News24.az-ın araşdırmasına görə, belə hallar qanunvericiliyə və bank prosedurlarına uyğun olaraq istehlakçının xeyrinə həll edilməlidir.

Əgər vətəndaşın kartından səhv məbləğ tutulubsa və ya mal və ya xidmət almadan ödəniş edilibsə, həmin vəsaitin geri qaytarılması hüququ vardır. Bu halda vətəndaş ödəməyə dair çek, bank çıxarışı və ya terminal məlumatları kimi sübutedici sənədlərlə marketə müraciət etməlidir. pizza sifarişi

Market faktı təsdiqlədikdən sonra ödənilmiş məbləğ nağd şəkildə və ya bank hesabına geri qaytarıla bilər. Kartla aparılan əməliyyatlar zamanı isə "reverse" və ya "refund" adlanan bank prosedurları vasitəsilə vəsaitin geri qaytarılması mümkündür. Bu proses, adətən, 1-3 iş günü ərzində baş verir.

Əgər market vətəndaşın müraciətini nəzərə almazsa və vəsaiti geri qaytarmasa, alıcı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Banklar Assosiasiyasına, həmçinin müvafiq bank və Maliyyə Ombudsmanına şikayət edə bilər.

Qanunvericiliyə əsasən, istehlakçı hüquqları pozulduqda vətəndaşın maddi zərəri qarşılanmalıdır. Belə hallarda vətəndaşların hüquqlarını bilməsi və sənədlərlə hərəkət etməsi vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!