Bu şəxslərin maaşları dəyişdi   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşları dəyişdi - RƏSMİ

Rəsmi

26 Fevral 2025 18:26 11417


Nazirlər Kabineti "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, qərara əsasən, "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" və "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq olunub.

Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin. pizza mizza

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!