Bu şifrə gələcəkdə problemlər yaradacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu şifrə gələcəkdə problemlər yaradacaq

İdman

25 Aprel 2019 16:43 860


2005-ci ildə İstanbulda keçirilən Çempionlar Liqasının finalında “Livrpul”un “Milan”a qalib gəldiyi oyundan 14 il keçsə də, "Liverpul" azarkeşləri bu finalı unutmayıb. Milli Kiber Təhlükəsizlik Mərkəzinin apardığı araşdırma zamanı bəlli olub ki, Liverpulun Merseyside bölgəsində yaşayan 1,5 milyon azarkeşdən 75 mini öz sosial media hesabına "İstanbul2005" şifrəsi qoyub.

“Yeni Sabah” xəbər verir ki, Milli Kiber Təhlükəsizlik Mərkəzinin rəhbəri Kiaran Martin futbolsevərlərə bununla bağlı xəbərdarlıq edərək bildirib ki, "İstanbul2005" şifrəsindən imtina etsinlər: "Bu şifrə istifadəçilərə gələcəkdə böyük problemlər yaradacaq. Kiberhücumlar nəticəsində bank hesablarına qədər bir çox şəxsi məlumatları hakerlərin əlinə keçə bilər. Bu məsələdə diqqətli olmalıdırlar".

Qeyd edək ki, Milli Kiber Təhlükəsizlik Mərkəzi bununla bağlı polisə də müraciət edib. Liverpul polisi araşdırmalara başlayıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!