Bu stadiona Qurban Qurbanovun adı veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Bu stadiona Qurban Qurbanovun adı veriləcək?

İdman

06 Noyabr 2025 09:08 669


"Qurban Qurbanov tarixi şəxsiyyətdir".

“Yeni Sabah” xəbər verir ki, bu fikri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" oyunundan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl bildirib.

Klub rəhbəri "Azərsun Arena"ya Qurban Qurbanovun adının verilməsi ilə bağlı sualı da cavablandırıb. Pepperoni pizza

"Əgər belə bir təklif olarsa, mən bunu dəstəkləyərəm", - deyə Tahir Gözəl qeyd edib.

O, həmçinin "Qarabağ"ın göstərdiyi oyundan qürur duyduğunu vurğulayıb:

"Çelsi" kimi dünya nəhəngindən xal almağı bacardıq. "Qarabağ" rəqibindən çəkinmirdi. Dünyaya bizim hekayəmizi göstərən bu cəsarətdir. "Qarabağ" Azərbaycan xalqının gücünü bütün dünyaya nümayiş etdirdi. Bildiyiniz kimi, qarşıdan Zəfər Günü gəlir. Bu nəticəni şəhidlərimizə həsr edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!