Bu stansiyada eskalator təmir edilir

saytların hazırlanması

Evə çatdırılma

Bu stansiyada eskalator təmir edilir

Sosial

07 Fevral 2019 21:19 734


“Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılıb.

"Bakı Metropoliteni" QSC-dən “Yeni Sabah”a verilən məlumata görə, sərnişinlər digər eskalatordan istifadə edə bilərlər. "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.

Qeyd edək ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Marqarita pizza

Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!