Bu sual Ərdoğanı əsəbləşdirdi 

saytların hazırlanması

Evə çatdırılma

Bu sual Ərdoğanı əsəbləşdirdi 

Siyasət

13 May 2023 11:27 1844


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə ölkəsində fəaliyyət göstərən 17 televiziya kanalının birgə yayımının qonağı olub. Dövlət başçısı jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. 

Yenisabah.az xəbər verir ki, suallardan biri Türkiyə Prezidentini bərk əsəbiləşdirib. 

Jurnalistin “seçkidə uduzsanız, reaksiyanız necə olacaq?” sualına Ərdoğan belə cavab verib: Sezar pizza

“Çox mənasız sualdır. Belə sual verməyin yeri yoxdur”. 

Prezident daha sonra seçkini uduzacaqları təqdirdə türk xalqının iradəsinə hörmətlə yanaşacaqlarını bildirib:

“Sonuncu bələdiyyə seçkilərində İstanbulda məğlub olduq. Nə etdik? Dedik ki, kabinetdən çıxmırıq? İstanbulluların iradəsinə hörmət göstərib bələdiyyəni CHP-yə təslim etdik. Ankarada da seçkini uduzduq. Bəlkə nəticəyə etiraz etdik? Orada da ankaralıların qərarına hörmətlə yanaşdıq. AKP həmişə xalqın iradəsinə hörmət edib. Bu cür mənasız sualları CHP-yə vermək lazımdır. “Getmərik”, “vermərik” anlayışı CHP-yə məxsusdur”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!