Bu sürücülərə çağırış edildi 

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülərə çağırış edildi 

Avto

11 Sentyabr 2023 09:45 5139


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin sahiblərinə, eyni zamanda, sürücülərinə müraciət edib.

Qurumdan “Yeni Sabah”a verilən məlumatda deyilir ki, sözügedən maşınlar müvafiq nəqliyyat vasitələri ilə müşayiət olunmalıdır.

“İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət maşrutunun müəyyən olunmasına görə xidmət haqqı məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 avqust 2023-cü il tarixli, 271 nömrəli Qərarı əsasında yüklərin qabarit və çəkisi, yaxud texniki göstəriciləri müvafiq normativlərlə müəyyənləşdirilmiş məhdudiyyətlərdən kənara çıxan avtonəqliyyat vasitələrinin hallardan biri və ya bir neçəsi olduqda mühafizə və müşayiət avtomobili ilə müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilməklə “Avtomobil nəqliyyatı haqqında” Qanunun 48-ci maddəsinin 48.1-1.1-ci və 48.1-1.2-ci yarımbəndlərinə uyğun olaraq “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsi və Baş Dövlət Yol Polisi avtomobilləri ilə müşayiət edilməlidir. Dördpendirli pizza

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müvafiq nəqliyyat vasitələri ilə müşayiət olunması ilə bağlı məlumatların müvafiq qurumlara təqdim edilməsi üçün həmin orqana müraciət edilməldir”, - məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!