Bu sürücülərin cəriməsi ləğv olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülərin cəriməsi ləğv olunacaq

Avto

18 Mart 2025 10:00 2839


Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən cərimələnməsi qanuna ziddir və bu cərimələr ləğv edilməlidir. Sürücülər müvafiq qurumlara rəsmi müraciət etsələr, cərimə protokollarına xitam ediləcək.

“Yeni Sabah” axar.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

O qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində bu məsələ öz əksini tapıb: Pepperoni pizza

“İnzibati Xətalar Məcəlləsinin 19-cu maddəsində “son zərurət” anlayışı mövcuddur və bu maddəyə əsasən, əgər qayda pozuntusu hər hansı şəxsin həyatını xilas etmək və ya qorumaq məqsədilə baş veribsə, həmin şəxs məsuliyyətdən azad olunmalıdır.

Qanunda hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur, çünki bu məsələ artıq nəzərdə tutulub. Sadəcə olaraq, vətəndaşlar öz hüquq və vəzifələrini yetərincə bilmədikləri üçün bu cür problemlərlə qarşılaşırlar”.

Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət etmək əvəzinə, problemi ictimailəşdirməyə üstünlük verirlər. Halbuki rəsmi müraciət zamanı sürücünün təcili yardım maşınına yol vermək məqsədilə qayda pozduğu sübut edilsə, cərimə dərhal ləğv ediləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-görüntülərdə bir sürücünün qırmızı işıqda dayanaraq arxadan gələn təcili tibbi yardıma yol vermək üçün maşını irəli çəkdiyi və nəticədə radar tərəfindən cərimələndiyi görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!