“Bu, Şuşanın azadlığı qədər əhəmiyyətli bir hadisədir” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Şuşanın azadlığı qədər əhəmiyyətli bir hadisədir” 

Siyasət

04 May 2023 14:06 1507


Azərbaycanın aprelin 23-də Laçın yolu üzərində yerləşən Həkəri körpüsündə nəzarət-buraxılış (NBM) məntəqəsi qurmasından sonra artıq bölgəyə giriş-çıxışlar tam şəkildə nəzarət altına alınıb.

Dövlət maraqlarımızın müdafiəsi baxımından sərhədlərimizə nəzarət etməyimiz ən başlıca prioritetdir. Dövlətin sərhəddən başladığını nəzərə alsaq, atılan addımları ən böyük qələbəmiz saya bilərik.

Bundan əlavə, bölgənin Azərbaycana inteqrasiya olması məsələsi də ictimai maraqlarımızdan biridir. 30 ilə yaxındır separatçı rejimin təsirində qalan sıravi Qarabağ ermənilərinə kimliyini xatırlatmaq üçün həmin NBM əsas faktor kimi qiymətləndirilməlidir. pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması Şuşanın işğaldan azad olunması qədər əhəmiyyətli bir hadisədir. Onun fikrincə, bu postun qurulması bizə perspektiv vəd etmir, əksinə, bilavasitə Qarabağ üzərində tam nəzarəti həyata keçirmək imkanını əldə edir.

“Azərbaycan elə bir yeri götürüb ki, artıq bundan sorası təfərrüatdır. Bu, həm də Qarabağ məsələsindən daha çox Ermənistanla sülh sazişinin imzalanmasına gətirib çıxara biləcək əsas faktdır. Yəni bu faktdan sonra onların qaçası yeri yoxdur. Çünki Qarabağda yaşayan erməni əhalisinin taleyi ilə Ermənistan siyasi hakimiyyətinin hansısa bir hoqqa çıxarmaq və ya yeni bir şeylər uydurmaq imkanı yoxdur. Ərazi və post Azərbaycanındır, bundan başqa, Azərbaycanın razılığı olmadan hansısa bir qüvvənin oraya daxil olması, girib-çıxması mümkün deyil”.

Onun sözlərinə görə, belə bir vəziyyətdə yeganə qalan yol budur ki, Qarabağda yaşayan erməni əhalisinin normal qaydalar çərçivəsində yaşamasını təmin edən yeni addımlar atılsın:

“Ermənistanın özü bu addımı atmağa birinci başlamalıdır. Çünki Qarabağdakı ermənilər də artıq bilməlidirlər ki, zarafat dövrü bitdi və artıq yeni bir dövr başlayıb. Bu dövrdə də Azərbaycanın nəzarəti olmadan bölgəyə girib-çıxmaq mümkün olmayacaq. Qısası, giriş-çıxış olmayandan sonra o qapalı mühitdə nə qədər istəyirsənsə, yaşa. Bəs sonrası? Bəs öz gələcəkləri ilə bağlı hansı bir düşüncəni ortaya qoymaq mümkün olacaq? Bu, ya inteqrasiyadır, ya da ki, çıxıb getməkdir”.

BQP sədri vurğulayıb ki, inteqrasiya ermənilər üçün ən gözəl şansdır:

“Çünki üzüsulu inteqrasiya ermənilərin bölgədə gələcəkdə mövcudluğu ilə yanaşı, Azərbaycan vətəndaşı kimi Qarabağda normal yaşamasının təminatıdır. Əgər onlar bu inteqrasiyaya maraq göstərməyəcəklərsə, əksinə, hansısa bir müqavimət göstərməyə çalışacaqlarsa, terror fəaliyyətinə daha çox güc verəcəklərsə, əslində, bu, Azərbaycanın da işinə yarayan bir addım olacaq. Çünki Azərbaycanın əsas hədəfi terrorçuları oradan təmizləməkdir. Yəni terrorçular bir-bir girdikləri deşikdən çıxdıqca, bunları təmizləmək daha rahat olacaq. O baxımdan da ermənilərin seçə biləcəyi ən ağıllı variant inteqrasiyadır. Qarabağ erməniləri bu dəfə gördülər ki, Ermənistana arxalanmaqla hansısa bir uğur və nəticə əldə etmək mümkün deyil. Onlar, ancaq Azərbaycana güvənmək və inanmaqla nəyisə əldə edə bilərlər”.

“Azərbaycan ölkə Prezidentinin şəxsində olduqca səmimi, açıq və birmənalı siyasət kursunu bəyan edir. Azərbaycan deyir ki, bizim niyyətimiz budur və doğru addım atılarsa, ona doğru-dürüst qarşılıq verməyə hazırıq. Əgər atılmazsa və hansısa sərt davranışlar seçilərsə, ondan da 2 qat sərtliklə buna cavab veriləcək. Qətiyyətimiz də Laçın dəhlizinə nəzarət-buraxılış məntəqəsini qurmaqla göstərdi”, – F. Mustafa əlavə edib.

“Bizim artıq başqa güzəşt limitimiz yoxdur. Lakin insanlıq və humanizm, eləcə də ərazimizdə yaşayan azsaylı xalqın mövcudluğu naminə Azərbaycan bəlli bir şəkildə fədakarlıq edə bilər. Fədakarlıq isə budur ki, gəlin, siz Azərbaycan vətəndaşlılğını qəbul edin, sonra da bunun üzərinə müzakirə aparaq. Sizi yaşamağımınız, o cümlədən təhlükəsizliyinizin təminatı və başqa məsələlər üzərində müzakirələr aparaq, fikirlərinizi dinləyək, söhbətləşək. Biz sivil qaydada bu problemi çözək ki, bölgə gələcək nəsillər üçün müharibə ocağı kimi qalmasın”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!