Bu tarixdə Yerə asteroid düşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə Yerə asteroid düşə bilər

Maraqlı

30 Yanvar 2025 00:59 552


2024-cü ilin dekabr ayında astronomlar tərəfindən kəşf olunmuş 2024-YR4 asteroidi 2032-ci ildə Yer planeti ilə toqquşa bilər.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı astronom, “Ka-Dar” rəsədxanasının rəhbəri Stas Korotkiy bildirib.

“Hal-hazırda onun Yer planeti ilə toqquşması ehtimalı müxtəlif strukturlar tərəfindən sıfır tam onda beş faizdən altı faizə qədər olan civarda qiymətləndirilir. Altı faiz deyəndə - yəni vəziyyətin inkişafına dair 16 variant var ki, bunlardan biri toqquşma variantıdır”, - astronom bildirib. Dördpendirli pizza

Alimin sözlərinə görə, bu proqnozlarda qeyri-müəyyənliyin olması asteroidin müşahidə müddətinin qısa olması ilə əlaqəlidir.

Qeyd edilir ki, asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşması ehtimalı 6 faizdir ki, bu da 2004-cü ildə Apofisin kəşf olunmasından bəri ən yüksək proqrnoz göstəricisidir. Sözügedən nəhəng asteroidin isə 2029-cu ilin aprel ayında Yerdən 30 min kilometr uzaqlıqdan keçəcəyi fərz edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!